1
Yorum
1
Beğeni
5,0
Puan
914
Okunma
Hayana baxıram
Dağlara baxıram qatı çən, duman,
Yamyaşıl zəmilər sapsarı saman,
Göylərə baxıram sonsuz bir ümman,
Çapırdır səməndin min səmtə güman.
Hər əməlin astarı var, üstü var,
Başın üstə burum-burum tüstü var,
Varlıların heykəli var, büstü var,
Astarı yox ikən, a üzlüy uman.
Keçir günlər, keçir aylar, ay aman,
Keçir saat, saniyələr, anbaan,
Bu fani dünyadan a düzlüy uman,
Əllini aşırıb, a yüzlüy uman.
Ay Hüseyn, çox dərinə getmə gəl,
Kotan bilməz, korluq çəkən kəldi, kəl,
Axirətdə üz ağardar düz əməl,
Azar tutsa azdan olar çox uman.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
15.09.2012-ci il
5.0
100% (1)