1
Yorum
0
Beğeni
5,0
Puan
1154
Okunma
Düşüncəm, xəyallarım
Sevincim, qəmim olub.
Yuxusuz gecələrim
Mənim həmdəmim olub.
Aləm yatır, yuxuda
Şirin röyalar görür.
Mənimsə xəyallarım
Sözdən misralar hörür.
Deyirəm nə yaxşı ki,
Bu gecələr var imiş.
Ən yaxşı sözlər elə
Gecələr deyilərmiş.
Bir gecənin qiymətin
Verə bilməz min gün də.
Boş-mənasız nə qədər
Söz deyilər bir gündə.
Sözlər də insan kimi,
Gündüz haraylı, çılğın.
Gecələr olandasa,
Gah mülayim, gah dalğın.
Gündüz deyilən sözlər
Səni incidər, yorar.
Gecənin nəğmələri
Zehnini nura boyar.
5.0
100% (2)