0
Yorum
0
Beğeni
0,0
Puan
831
Okunma
Sevəcəyəm
Gözlərinin alasını,
Saçlarının qarasını,
Yar qəlbinin yarasını,
Yana - yana sevəcəyəm.
Ona vurğun olduğumu,
Bulud kimi dolduğumu
Heyva kimi solduğumu,
Dana-dana sevəcəyəm.
Yoxuş yollar yorduğumu,
Ot yoldurub, yolduğumu,
Sənsiz sənlə olduğumu
Qana - qana sevəcəyəm.
Dünya heç-puç, boşdu mənə,
Qayğıları qoşdu mənə,
Ağrısı da xoşdu mənə,
Xana – xana sevəcəyəm.
Sən saydığın sana, sana,
Eşqim safdı, yoxla, sına,
İstərsən qır, istər qına,
Ana – ana sevəcəyəm.
Bu sevgimi qınamayın,
Qol – budağın budamayın,
Daşlı yolda sınamayın,
Sına – sına sevəcəyəm.
Hayıma hay verən hana?
Bir can borcum var cahana,
Cəllad kimi can alana,
Cürə - cürə sevəcəyəm.
Vərdişini, vəfasını,
Çəkə - çəkə cəfasını,
Bu sevginin səfasını
Sürə - sürə sevəcəyəm.
Hirs, hikkəsi pissə, hissə,
Hicran söksə hissə - hissə,
İqbalım inciyib, küssə,
Sevməsə də sevəcəyəm.
Hüseyn uymaz şöhrət, şana,
Xəyallar əfsanə, guya,
Günahları yuya – yuya,
Uya, duya sevəcəyəm.
~~~~~~~~~~~~~~~~~~~
07.08.2012