0
Yorum
0
Beğeni
5,0
Puan
898
Okunma
Səadətin qapısı
Səadətin qapısı
Şadsansa, şah qapısı.
Hərdəm ağrı, acıdı,
Açarsan, ah qapısı.
Bikef olsan bilərmi,
Xoş arzular dilərmi,
Baxt üzünə gülərmi,
Qıfıllısa qapısı?
Açarı öz əlində,
Onun qəhəri, qəmi
Qəriblikdə iz salar,
Saralar gözlərin də.
Taqəti dizlərində,
Əməli izlərində,
Cizgisi üzlərində,
Görünər gözlərində.
Nə sən ondan doyarsan,
Nə də o səndən doyar,
İztirab içdən oyar,
Allahım, ağlar qoyar.
O könül ki, aslıdı,
Yaralıdı, yaslıdı,
Parça - para, paslıdı,
Of, xəzan libaslıdı.
Hüseyn, nuru, çırağı
Yanar da, yandırar da.
Yarıyıb, yarıtmasan
Sınar da, sındırar da.
~~~~~~~~~~~~~~~~
03.08.2012-ci il
5.0
100% (1)