9
Yorum
1
Beğeni
5,0
Puan
2198
Okunma

Bu, 1877-78 ci yıllar Osmanlı-Rus (93) savaşında büyük kahraman olmuş, Sultan Abdulhamidin “Mecdiyye nişanı” ile teltif etdiyi, Borçalı Karapapaklarından olan Mehrali beye hesr etdiyim “Mehrali bey” dastan-poemasının birinci giriş (Divani) şiiridir.
Mehralı bəy I şiir
Gəlir
(Divanı)
Hüzurunda baş əyməyə,
Vətən, bir oğlan gəlir!
Ləngərindən yer yırğanır,
Yerişdə aslan gəlir!
İgidliyin mehrabıdı,
Darvazlı Mehralı bəy.
Zəmanənin bozqurduna,
Tanrıdan fərman gəlir!
Qan uddurar paşalara,
Əyilməz sultan-xana.
Vurğunudu azadlığın,
Yolunda qıyar cana.
Qoşun-qoşun yağı gəlsə,
Bata bilməzlər ona.
Xəyanətə, namərdliyə
Tutmağa divan gəlir!
Əməlində haqq yaşayır,
Qəlbində səxavəti.
Dərd salar dərdin qəlbinə,
Dözümü, mətanəti.
Meydan verin Elbəyiyə,
Söyləsin hekayəti.
Mehralı bəyin eşqinə
Yazıbdı dastan, gəlir!
Elbəyi Cəlaloğlu
5.0
100% (6)