0
Yorum
0
Beğeni
0,0
Puan
930
Okunma
Biri sazdı, biri zurna
Sözüm var, Allah eşqinə
Bir dayanın, durun durna.
Duran qanımı qaynadan,
Biri sazdı, biri zurna.
Qışqıranda qarğı, qazdı,
Yandıranda yaydı, yazdı,
İncə belli, xoş avazdı
Biri sazdı, biri zurna.
Dəyər verən dədə, azdı,
Dananlar ağlı dayazdı,
Boran, tufan, qış, ayazdı,
Biri sazdı, biri zurna.
Bunları duymayan nədən
Gön, dəridi, gövdə, gödən?
Sinəmi gözəl göynədən
Biri sazdı, biri zurna.
Ay Səngərli, qədrin bilməz
Ruhu naxoş, naşı, nadan,
Ovqatım oyan, oynadan,
Biri sazdı, biri zurna.
~~~~~~~~~~~~~~~~~~