0
Yorum
0
Beğeni
0,0
Puan
927
Okunma
Sərxoş olduq
Sən meyə doğru uçurdun,
Mən isə dərddən qaçırdım.
Şərab necə ələ gəldi,
Dərd də mənə elə gəldi.
Sərxoş olduq sən də, mən də,
Görən güldü hər bir tində.
Sənin kefin çəkdi bir gün,
Məndə illər boyu hər gün.
Elbəyi Cəlaloğlu