1
Yorum
0
Beğeni
5,0
Puan
898
Okunma
Gedib Allahda görüşək
Dostlar, gəlin mənə doğru,
Yeni bir rahda görüşək!
Mərhəməti car eyləyək,
Fənafillahda görüşək!
Ədəblədir üzün nuru,
Nəfsi dağla, Haqqa yürü.
Aydan arı, gündən duru,
Bəqabillahda görüşək!
Əl basınca Mərifətə,
Yol göstərər Həqiqətə.
Baş endirib Şəriətə,
Gedib Allahda görüşək!
Elbəyi Cəlaloğlu
5.0
100% (1)