1
Yorum
0
Beğeni
0,0
Puan
1204
Okunma
Sən ey Qarapapaq – Türkün nüvəsi!
Zəfərlə çıxmısan hər bir oyundan,
Turana doğmasan kökün, soyunnan,
Oğuz ulusunun Göyər boyundan,
Kutinin, Şumerin, Sakın nəvəsi,
Sən ey Qarapapaq – Türkün nüvəsi!
Aran var, Yafəs var, Nuh var qanında,
Qorquddan ərmağan ruh var canında,
Şaman şüurunda Oğuz xanın da,
Yenidən canlansın “birləş” kəlməsi,
Sən ey Qarapapaq – Türkün nüvəsi!
Qarışmaz qanına əcnəbi qanı,
Saflığın millətin şərəfi, şanı,
Qalx ey! Qalx özünü yenidən tanı!
Eşitsin Urmiya, Sulduz bu səsi,
Sən ey Qarapapaq – Türkün nüvəsi!
Qopar harayına Mehralı bəylər,
Qarsdan, Ərdahandan, Tiflisdən gələr,
Ulu ozanların ruhu dincələr,
Duysa ilhamında coşan həvəsi,
Sən ey Qarapapaq – Türkün nüvəsi!
Gümrü, Cəlaloğlu göynəyər azı,
Eşitsə qurd səsi, dinləsə sazı,
Oyan, a Başkeçid, ey Qarayazı!
Sussun əsarətin mənfur nəğməsi,
Sən ey Qarapapaq – Türkün nüvəsi!
Qara dəniz boyu izin var sənin,
“Dədəyəm” deməyə üzün var sənin,
Bilirəm gecin var, tezin var sənin,
Çəkəcək Borçalı dəli nərəsi,
Sən ey Qarapapaq – Türkün nüvəsi!
Azadlıq görməyən sınar, əyilər,
Ona nökər, mehtər, kölə deyilər.
Qoy şəhid olsunlar yüz elbəyilər,
Ərşə dayansa da ana naləsi.
Sən ey Qarapapaq – Türkün nüvəsi!
Elbəyi Cəlaloğlu