2
Yorum
0
Beğeni
5,0
Puan
1159
Okunma

ƏLİNİ ƏLİMDƏN ÜZMƏ BİR DAHA
Açıldın ömrümə xoş bahar kimi,
Sıyrıldın dağların bəyaz qarından.
Aldın örpəyini çiçəklər kimi,
Günəşin alışan qanadlarından.
Ulduzlu gecənin nuruna döndün,
Bədrində göstərdi səni göydə Ay.
Dilləri, dişləri ovsunlamışdın,
Salmışdı şirnili qaşıqlar haray.
Damağımda qaldı dadı günlərin,
Sənsiz bir ömür də ömür deyilmiş.
Sevgisiz yaşanan dəqiqələrin
Anına “cəhənnəm” belə deyilmiş.
Üz-üzə dayanaq göz qaçırmadan,
Göyərsin məhəbbət öz rişəsindən.
Gəl, yenidən sıxım səni bağrıma,
Şad olsun könüllər eşq nəşəsindən.
Dolanbac yolları gedir ömür də,
Kim nəyi harada bulacaq, – demir.
Əlini əlimdən üzmə bir daha,
Ayrılığımızı Allah istəmir.
Elbəyi CƏLALOĞLU
5.0
100% (1)