1
Yorum
0
Beğeni
5,0
Puan
1026
Okunma
Hər kəs yerin bilməli
(təmsil fason)
Bir çanaqlı tısbağa
Gəlib, girmişdi bağa,
Bağa dedi qurbağa
Burda mənəm bəy, ağa.
Bağa dedi çıxmaram
Daha yal-yamac, dağa.
Orda həsrət qalmışam
Mən qatığa, qaymağa.
Qurbağa qəşş eylədi,
Güldü, getdi özündən.
Damcı - damcı yaş axdı
Dolu, domba gözündən.
Birdən əqrəb çalanda
Fısıldadı ilan da,
Fikir çəkdi filan da,
Dana çıxdı özündən.
Dana dedi dayanın,
Ay əqrəb, ay tısbağa,
Qatıq, qaymaq, mənim yağ,
Yaşıl çəmən, bağça - bağ.
Yeriniz kol - kos sizin,
Sürünməkdən qabardı
Əl - ayağ, dirsək, dizin,
Görməyim burda izin.
O gündən də tısbağa
Çəkildi çanağına,
Bağ hara, bağa hara,
Hədəf gülüşə, lağa.
Böyük, kiçik, ya çağa,
Olsun bağa, qurbağa,
Qansın nədi qadağa,
Bilsin yerin, ay qağa.
~~~~~~~~~~~~~~~~~~
Hüseyn Aslanoğlu (Faxralı)
24.08.2011-ci il
5.0
100% (1)