0
Yorum
0
Beğeni
5,0
Puan
852
Okunma
Gədəlikdən dədəliyə
Eh, nə var ki bəbəliyə,
Güc doğana, məməliyə.
İnsan ayağ açır niyə
İməkləyə - iməkləyə?
Gədəlikdən dədəliyə
Gedən yollar nahamardı.
Sənətkarlar ucalaraq,
Zirvəsinə bayraq taxdı.
Bilirsənmi, ədə niyə
Qollarında qopuz gəldi,
Sözü yumruq, topuz gəldi,
Ozan Qorqud dədəliyə?
Gədəlikdən dədəliyə
Dərə, təpə, yol keçməli.
Hər hərcayı keçə bilməz,
Haqqı nahaqdan seçməli.
Gədəlikdən dədəliyə
Ədəb yolu, dərs keçməli.
Dəli – dülü keçə bilməz,
Yaxşını pisdən seçməli.
Yunis Əmrə, Qorqud Dədə,
Ələsgər, Əmrahdı Dədə,
Şenlik, Şəmşir şərafətlə
Yüksəldilər dədəliyə.
Ədəb, əxlaq, mərifətdən,
Həqiqətdən, təriqətdən,
Təfəkkürdən, təxəyyüldən,
Tər sinədən tər dedilər.
Söz də bağlı bir boğçadı,
Bu boğçanı aç dedilər.
Gül – bülbüllü bir bağçadı,
Bu bağçadan dər dedilər.
Qələmin də ay Səngərli,
Qətiyyətli, ədalətli,
Lələdən də ləyaqətli
Dəyər verdin dədəliyə.
~~~~~~~~~~~~~~~~~~~~
23.08.2011-ci il
5.0
100% (1)