0
Yorum
0
Beğeni
0,0
Puan
854
Okunma
Yoxmu yolum?
Zədələnib, zəhərlənib
Zəngibasar, Basarkeçər,
Zəngilanım, Zəngəzurum
Zəlalətdən çəkir zulum.
Qan ağlayır Qarabağım,
Qamarlanıb Qaradağım,
Parçalanıb, para dağım,
Palazqulaq param, pulum.
Qulluğunda ağaların,
Qədirbilməz dığaların,
Boynuyoğun buğaların
Qulbazarı, nökər, qulum.
İntriqa, ədavətdən,
Ədliyyədən, ədalətdən,
Rəzalətdən əzab çəkir
Ərli, ərsiz, əşi dulum.
Milyardlarla yatırım var,
Ulağım var, qatırım var,
Nəynən alım, hardan bulum,
Yırtıq çuxam, cırıq çulum?
Elçilərmiz yollar ölçdü,
Qatar - qatar durna köçdü,
İl də gəldi, belə keçdi,
Yağdı yağış, düşdü dolum.
Natəvanın, Üzeyirin
Necə baxaq üz - gözünə?
Çapmayaq “Cıdırdüzü”nə,
Çıxış üçün yoxmu yolum?
Olar, olmaz orqan deyir,
Şaqqıldayır, naqan deyir,
Səngərli də qan- qan deyir,
Qələm qoçu, yoxsa qolum?
~~~~~~~~~~~~~~~~~~~~~
14.08.2011-ci il