0
Yorum
0
Beğeni
0,0
Puan
949
Okunma
15.06.2010~Əsgərlikdə yazdıqlarım.......................
Sən mənə kədəri bəxş edib getdin,
Ayrılıq hüznünü yaşadıb getdin
Sevən gözlərimi yaş edib getdin,
De niyə, nə üçün, səbəbi nəydi?
Gecələr sən məni yuxusuz qoydun,
Sevgimi məhv etdin duyğusuz qoydun,
Dərin yara açdın sonra duz qoydun
De niyə, nə üçün, səbəbi nəydi?
Qırdın ümidləri puç eylədin sən,
Ülvi məhəbbəti heç eylədin sən,
Mənim həyatımdan köç eylədin sən,
De niyə, nə üçün, səbəbi nəydi?
Zamir Erkin AĞAZADƏ