0
Yorum
0
Beğeni
0,0
Puan
1131
Okunma
(OVERTURA KİTABINDAN)
225
Sifirili
Sonsuz gəlir
226
Ayazçıq
Və yumaq yumaq
Bəyazçıqlar
Ağsov anlar
Süt qurusu kimi
Və
Pəşmək sürüsü kimi
Göydən yerə
Yağır
Və bir qısır
Çöl yolçusu
Tir tir
Və yükü ağır
Və o
Yaşdan olsa da sağır
Bir qocamana bənzər
Ötür boylu şəpələr
Və
Çəkir ardınca onu
Dağlar
Təpələr
Və düşür
Yol ağına ləpiri
Və bir arpa yük ilə
Yalçın qayalar
Arğışı
Və banlayışı
Zirvə sarı
227
Və
Ağzında arpa
Min bir zülüm ilə
Həyat aşqına
Dəniz təpər daşlanır
Və
Qəlbinin saatı vırır
Yaşıl dəqiqələr
Və çılənir ipək hava
Buz gəbələrə
Və günəşir
Qısır çöl düzü
Və geyinir torpaqlar
Al əlvan
Və iməkləyir yaşıllıq
Yasəmən-yasəmən
Və dönür
Atlı qarışqa dönür
Və
Ağzındakı zumar
Büsbütün varı
Və könlündəki
Aşq damları
Mavi saatlar
Və yuva kandarında
Bənövşə yığvası
Və
Bu
Deyil xəyal yuxusu
Və
228
Atlı qarışqa uğurudu
Gəbələr yolu
Və qısır çöl üstü
Bir sısqa bulaq
Və bir insan
Söz açıbda onlar
=Mən bir aşq gözü
Adım sısqa bulaq
Sevgim yaşamaq
Və yaşatmaq
Açın gözlərizi
Sezin bu diyarı
Və könlümün bağları
Buraxmayır qısır çölü
=Mən bir qadın
Adım çəmən
Arayıram sevgi
Elə bu aşq üçün
Dolaşıram ölkər
Şəhərlər
Baxın bir
Gördüyüz bu yer
Bu topraq
Olduqca zəngin
Ancaq
Bir parça çörək için
Çoxu satır
İnsanlığını .
Və mən
İnsan
229
Və insanlıq yerinə
Gövdə satıram
Ama ürəksiz
= Mən atlı qarışqa
Yaşam
Olduqca gözəl
Bacarsan əyər
Biz qarışqalar ortaqlığı
Tanımayır yoxsul
Və zəngin
Çünki biz
Qafadan böyük
Mədədən kiçik
Burdan başlanır dirilik
Ancaq insan
Mədəsi böyük
Və qafası kiçik
Və çəmən kimi doslar
Ulu mədələr qurbanlığı
Və sisqa kimi bulaqlar
Yaşadır isanlığı
Və yolçu yolunda kərək
Dönür
Atlı qarışqa dönür
Və düşür qaranlıq
Və döşündə
Ay dirisi
Və doğru aşqın pərisi
Çəmən gözlərinə köçür
Və mən
230
Qısır yuxular
Sarı
10—12—2006 Berlın
M. Ərğəvan
(OVERTURA)