10
Yorum
25
Beğeni
5,0
Puan
614
Okunma
Belə dedilər!!
Dedim yol mənimdi, qaytarma məni..
Çilən dolmayıpdı, hara dedilər..
Dedim sinəm üstə, yazmışam səni..
Oxudu tüm alim, yara dediler..
İki əlim darda, gözüm qaralıp
Nəfəsim tükənip, canım daralıp
Saçlarım ağarıp, bənzim saralıp..
Ağlara büründüm qara dedilər..
Gün dolandı battı, Ağrı’dan aşdı..
Araz deyil axan , gözümdə yaşdı
Canıma kast edən, kirpikdi, qaşdı..
Çəkilip öz canın dara dedilər..
Cənnəti neyləyim, odu neyləyim..
İtirip can canı, yadı neyləyim..
Zəhəri bal bildim, dadı neyləyim..
Çektiğin yazılıp zara dedilər..
Hüseyin..29/6/23
5.0
100% (18)