12
Yorum
27
Beğeni
5,0
Puan
742
Okunma
ANAM TÜŞTÜ YADIMA!
Yenə gün aşanda, ağrı dalına..
Anamın məzarı tüştü yadıma..
Bülbül qənət çalar, dalda gülünə..
Bu axşamda anam tüştü yadıma..
Yağış da ağlayır naçar halıma
Hazan vurdu şaxda dəydi gülüme..
Bir çarə tapılmaz, qafil ölümə..
Durdux yerdə anam tüştü yadıma..
Eyvanın dumanı, isti lavaşı
indi danıştırmır qardaş qardaşı
Adını yazanda o soğuk daşı
Oxşadıxça anam tüştü yadıma
Üzümü dönmüşəm Arazda gözüm..
Boğazımda düyüm olupdu sözüm
Dindirmə bu axşam itirdim özüm..
Yuxumda gül anam tüştü yadıma..
Görmədim gedəndə, öpmədim elin
Bilirəm həsrətdən büküldü belin
Bilmədim son dəmin, nəcəydi halın..
Düşündükcə anam tüştü yadıma
Sandıqdan çıxardım öptüm rəsmini
Duvara can deyə yazdım ismini
Qədəndə ağlattın dostu, hasmını..
Mələyim, can anam tüştü yadıma
16/8/23... Hüseyin ışık
5.0
100% (19)