2
Yorum
7
Beğeni
5,0
Puan
1095
Okunma

Ölüm gözlə qaş arası,
Göz yumur qaşlara qalır.
Gözün olursa əlacı
Tökdüyü yaşlara qalır.
Ağ kəhər ölür dənizdə,
Son nəfər ölur dənizdə,
Bir şəhər ölur dənizdə,
Divarlar daşlara qalır.
Səmt yelinə qoşulub,
Gəmilər gedir baş alıb.
Orda limanlar boşalır,
Damları quşlara qalır.
Gedir qayıtmır oğullar,
Bitir almalı nağıllar.
Yolları açan ağıllar
Yumurta başlara qalır.
...
Bir şəhər ölür dənizdə...
5.0
100% (2)