7
Yorum
11
Beğeni
5,0
Puan
856
Okunma
Mənim könlüm sevda xərabəsidir
Hər küncündə izin qalıb zalım yar!
Bir yel əssə, qoxun gəlsə bəsidir
Allaha məlumdur həsrət halım,yar!
Daş üstündə bitən küskün çiçəkdim,
Hər kəs vardı, yoxluğunla mən təkdim,
Rüzgarı sən deyə içimə çəkdim
Ləçək-ləçək soldu sənsiz gülüm , yar!
Nə aparmış gedən fani dünyadan,
Nəyim varki başqa dəli sevdadan?
Səsin duysam məzarıma qoymadan
Səni məndən qoparmasa ölüm, yar!
İstəmirəm vüsalını dünyanın,
Möhtacıyam bir sehirli röyanın,
Mən yandıqca sənin olsun ayanın
Gizli-gizli sevdiyini bilim, yar!
Dərviş ruhum səmalara dönmədən,
Həsrətimə ayrılıqlar enmədən,
Dilarənin qəlb yanğısı sönmədən
Gəl, rüzgarda sovrulmadan külüm yar!
Dilara Suleyman
5.0
100% (8)