3
Yorum
8
Beğeni
5,0
Puan
963
Okunma

İzi tozu qalmayıb artıq keçmişin,
Hər güc istəyən qoluna girib bir iblisin,
Qoxusu yayıldıqca Türkün ətrinin,
Ağlayır bizimkilər kürə,ətini tökür Tiflisin.
Daha hara susuram dolub-daşır xəzinəm,
Dilimdə yaralarım var dedim,danış dedilər,
Bağıram da eşidilmir,mən nə etməliyəm?
Nə gəlməyəm,nə də getmərəm,bu torpağın özüyəm.
Borçalıda əvvəla analar oyanar,sonra günəş doğardı,
O müqqədəs ana südü burnunuzdan gəlməz mi?
Çox gördü bu gözlər qurd libasında çaqqalları,
Ya Rəb uzax tut dedim məndən nə olar onları.
Gah oxudular bizə əcəm diyarının nağıllarını,
Çox təəssüf,tək vasitə bildik mollaxanaları.
Məzhəb yolunda,Tanrı fars oldu birdən birə,
Nə olacaqdi ki?Türkü sevməyəcəkdi əlbətdə.
Hər qibləyə çevirdiər üzümüzü,millətdə çaşdı,
Biz hərkəs olduq amma bir özümüz olanmadıq.
Bizə kim nə tarix oxudusa,onu da qavradıq,
Hamı özünə qatdı,onlar yazdı biz oynadıq,
İndi pozmalıyıq tarixi yeniden yazmalıyıq.
Vagif Seyyah
5.0
100% (6)