1
Yorum
3
Beğeni
5,0
Puan
764
Okunma
Hər kəsin bir qisməti var,
Qismətini alsın gərək.
Bu həyatı dərk eyləyib,
Fikirlərə dalsın gərək.
Bir sınaqdır həyat özü,
Nəsihətdir aqil sözü.
Harda varsa doğru-düzü,
Araşdırıb bilsin gərək.
Öz-özünə tədbir töküb,
Bağ becərib, bostan əkib,
Yaşamağa zəhmət çəkib,
Can cəfaya salsın gərək.
İnsan əzmi-qeyrətiylə,
Əməlinə diqqətiylə,
Gözəlliklər niyyətiylə,
Xoşbəxt olub gülsün gərək.
Eşq şərbəti içənlərin,
Yaxşı-yaman seçənlərin,
Haqq donunu biçənlərin,
Mərifəti olsun gərək.
Əflatundu diləzbəri,
Mən demərəm heç üzbəri.
Anlamayan bu sözləri,
Zülmətlərdə qalsın gərək.
5.0
100% (2)