2
Yorum
3
Beğeni
5,0
Puan
761
Okunma
Çalı-çanqalında tikək yuvamız-
Bu quru ağacın altı bizimdir.
Bir adam boyunda çökək yuvamız-
Bu quru ağacın altı bizimdir.
Biz adam Tanrının gil qurumuşu,
Bir çəngə içində cil qurumuşu,
Kəsim mi ağzımdan dil qurumuşu...
Bu quru ağacın altı bizimdir.
Orda uzaqlarda bəyaz bənizlər,
Bəmbəyaz ağalar,bəyaz kənizlər,
Nə altı bizimdi,nə də dənizlər,
Bu quru ağacın altı bizimdir.
Dünyadı,bir pətək baldı,sizinsə,
Dibində bir barmaq qaldı,sizinsə,
"Bu yaşıl ağacın altı" sizinsə,
Bu quru ağacın altı bizimdir.
Boşa,bərkə salır quru ağaclar,
Bizə kölgə salır quru ağaclar,
Təzə ölkə salır quru ağaclar,
Bu quru ağacın altı bizimdir.
Qara küçələrin tıxacı bizim,
Yalınçaq adamı,Buğacı bizim,
Qupquru qurumuş,qaxacı bizim,
Bu quru ağacın altı bizimdir.
Ağaclar adamla çörək kəsməyir,
Adamlar ağacı gərək kəsməyə.
Ağac bir ölkəni dirək kəsməyə,
Bu quru ağacın altı bizimdir.
5.0
100% (3)