Vahid Sabah
490 şiiri kayıtlı

BAZAN HAYAT BENİ ÖYLE YORUR Kİ...

Vahid Sabah
  5,0 / 3 kişi ·6 beğenme · 1 yorum · 160 okunma

BAZAN HAYAT BENİ ÖYLE YORUR Kİ...


***
Bəzən həyat məni elə yorur ki...
Qarın üstündə də yata bilirəm.
Günəşi aldadıb yağan yağmurun
Bir qaşıq suyunda bata bilirəm.
*
Bəzən həyat məni elə yorur ki...
*
Turşuyur,acıyır dadı dilimdə,
Gözümün içində mənalar itir.
Təkcə daşlar qalır şahı mat edən,
Taxtanın üstündə xanalar itir.
*
Bəzən həyat məni elə yorur ki...
*
Bəzən də insanlar sıxır canımı....
Günüm qara olur kömür gecədən.
Neyləsən məcburdur,gəlib keçəcək
Örkən doğanaqdan,ömür gecədən.
*
Bəzən həyat məni elə yorur ki,
Daşı daşım üstə qalası uçur.
Bülbül öyrədirdim gönlümə desin,
Baxdım ki,qarğanın balası uçur.
*
Bəzən həyat məni elə yorur ki...
*
Sıxır qəbahəti neçə illərin,
Hələ də məktuba Novruz olmağım.
Ağlım başımdaykən,sözüm ağzımda
Bir ovuc darıya xoruz olmağım.
*
Bəzən həyat məni elə yorur ki.
Yalquzaq adamın ov yorulmağı.
Gəlib özü boyda mərcə uduzub
Əlləri dəmirdə kov yorulmağı.
*
Bəzən həyat məni elə yoru ki...
*
Bəzən yoruluram sazın səsinə,
Sarıtel üstündə bayatı yorur.
Ruhumu türkülər,nəğmələr mənim,
Qarnımı əppəyin boyatı yorur.
*
Bəzən həyat məni elə yorur ki...
*
Çəkir dizlərimi səcdə yerinə,
Bitmir ibadətim.Qəzası böyük.
Atmışam tanrımı siqaret kimi,
Bilirəm məhşərdə cəzası böyük.
*
Bəzən həyat məni elə yorur ki...
***
Şiiri Değerlendirin
 
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
BAZAN HAYAT BENİ ÖYLE YORUR Kİ... şiirine yorum yap
Okuduğunuz şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?

BAZAN HAYAT BENİ ÖYLE YORUR Kİ... şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Işık Mehmetali , 5 puan verdi
4 Eylül 2019 Çarşamba 22:23:52
Anlatımı güzel şiirdi
Yüreğine emeğine kalemine sağlık usta
_______________________________________________Selamlar
Bu yoruma 1 cevap yazılmış.
Şiirin sahibiVahid Sabah , şiirin sahibi
5 Eylül 2019 Perşembe 05:58:50
Təşəkkür edirəm,ustad.Çox sağ olun.
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.