4
Yorum
8
Beğeni
5,0
Puan
456
Okunma
Həsrət qürurumu qırır
Yollar gözlərimə durur
Çölüm özgəni yandırır,
İçimdən xəbərin yox
Gözlərin baxış izləyir.
Qulaq ver ,kimi səsləyir?
Əllərin sığal istəyir
Saçımdan xəbərin yox!
Kim can deyib can olmusan?
Can biləndən gen olmusan,
Yad bəxtə sarban olmusan
Köçümdən xəbərin yox.
Dilarə ruhun dəlisi,
Dərdlərim Nuhun gəmisi,
Qəlbimdə səninkimisi
Heçimdən xəbərin yox
5.0
100% (6)