3
Yorum
6
Beğeni
5,0
Puan
867
Okunma
İstəmirəm
Üşüyən əlimi tutub saxlayan
Darda buraxmayan bir əl istərəm...
Dünya vəfasızdır səntək, sevgilim!
Söylə vəfasızdan nə istəyim ki ....
Mən var istəmirəm, pul istəmirəm....
Yanına qaçmağa yol istəmirəm...
Hərdənbir yadına sal istəyirəm...
Sevginlə çağlayan sel istəyirəm...
Boğulum, köməyə gəl istəmirəm....
Ruhumu titrətsin həsrətin, gülüm!
Fəryad eyləməyə dil istəmirəm...
Heç vaxt bilmədiyin duyğularımı
İllər sonrasında bil istəmirəm......
5.0
100% (2)