5
Yorum
5
Beğeni
5,0
Puan
773
Okunma

Bir qadın ağlaya mənimçün
Qəmli-qəmli, dərdli-dərdli.
O qadının göz yaşları
Göy üzündə bulud kimi,
Yağa,boşala, yenə dola.
Bir qadın ağlaya mənimçün;
Əriyəm göz yaşında
Qətrə-qətrə, gilə-gilə.
Bir qadın ağlaya mənimçün
Öləm göz yaşlarında, gülə-gülə.
Bir qadın ağlaya mənimçün
O qadının gözləri dəniz ola ,
Göz yaşları dalğalar!
Yanaqları dalğaların çırpıldığı
Yumru-yumru qayalar!
Bir qadın ağlaya mənimçün
Qəlbinin intizarı,
Bütün giley-güzarı,
İstəyi, arzuları
Mənimlə bir ola!
Bir qadın ağlaya mənimçün
Biləm ki, o var.
Bir qadın ağlaya mənimçün
Ağlaması nəğmə ola
O qadının göz yaşları
Bu nəğməni oxuya.
Bir qadın ağlaya mənimçün
Ürəkdən ağlaya!
Fərid Muradzadə
5.0
100% (4)