1
Yorum
3
Beğeni
5,0
Puan
1985
Okunma

GƏL YENİ İLDƏ.!
Söz söhbət qurtarsın, qoy bitsin daha
Hər şeyi buraxaq ,qalsın geridə,
Sənə and verirəm bir tək ALLAHA
Gəlmək istəyirsən ,GƏL YENİ İLDƏ.!
Təqvimin sayılı günləri çoxdur,
Hesabı məntiqlə toplayaq, vuraq,
Əsas ürəklərdir, dəxlidə yoxdur,
Nə olsun, sən uzaq ,məndəki qıraq.!
Məhəbbət vardırsa sərhəd tanımaz,
Keçəçək qəlblərdən havayla ,suyla,
Nadan nadandırsa eşq nə anlamaz,
Harayla gəlibsə ,ötəcək huyla.!
Bircə xahişim var,bircə istəyim
Tükənməz arzular,ağızda, dildə.
Səni soraq edim,belə səsləyim,
Gəlmək istəyirsən GƏL YENİ İLDƏ!
*
YAZILMA TARİXİ: 30.DEKABR 2018
5.0
100% (3)