1
Yorum
1
Beğeni
5,0
Puan
985
Okunma
Əsli təmiz olsa həyat yoldaşın,
Halaldan qabına a yağı çəkər.
Baxma ki gözəldir, kökü xarabsa,
Gözlə ki aşına ay ağı çəkər.
Açıla sabahlar, yaxşı dan gələ,
Aşığa hər cəfa Yaxşıdan gələ.
Bala var-dövlətdir, yaxşıdan gələ,
Bəd övlad üstünə a yağı çəkər.
Üzümü tutmuşam Allaha sarı,
Sağalmaz dost vuran yara, ha sarı.
Qızıldan olsa da qapı-hasarı,
Əflatun o dostdan ayağı çəkər.
5.0
100% (1)