1
Yorum
4
Beğeni
5,0
Puan
798
Okunma
Azərbaycandan Rusiyaya gedib, sarı saçlı rus qızlarına bənd olan bəzi azərbaycanlı oğlanlarla rus qızlarının deyişməsi
Qaratel:
Gördüm səni, ağlım başdan oynadı,
Gülüşünə qanım yaman qaynadı,
Belə durub, elə getmək day nədi?
Qəbul etsən sözümü ay sarıtel,
Eyləyərəm canımı pay, sarıtel.
Sarıtel :
Qara saçı qəşəng yana darayıb,
Demək sənə sarı tellər yarayıb.
Qürbət eldə sarı saçı arayıb,
Nə salmısan aləmə hay, qaratel,
Yığ başına ağlını ay qaratel.
Qaratel :
Sarı telin işvə-nazı yamandır,
İnciməsin qara tellər, amandır,
Dünya mənə zindan xeyli zamandır.
Gəl mehman ol, həsrətəm ay sarıtel,
Yoxdur sənə aləmdə tay, sarıtel.
Sarıtel :
Od-alovdur bizim işvə-nazımız,
Bəzən qışa dönür bahar-yazımız,
Qara telin nazına var sözümüz.
Mən deyəcəm, sən də ki say, qaratel,
Gör olarmı dözümün ay qaratel?
Qaratel :
Vurulmuşam o dalğalı tellərə,
Şirin-şirin ötən ballı dillərə,
Bənzərin var çəməndəki güllərə.
Gəl ol mənim bülbülüm ay sarıtel,
Sənsiz günüm olacaq vay, sarıtel.
Sarıtel :
Bəzək vurma allı-güllü sözlərə,
Sizin qızlar bənzəmir ki bizlərə.
Ürcah olsan bizdəki boz üzlərə,
Qəddin olar sonra bir yay, qaratel,
Get qara saç axtar tap ay qaratel.
5.0
100% (4)