3
Yorum
8
Beğeni
5,0
Puan
980
Okunma
Haqq verməsə qismətini,
Dövlət-varın faydası yox.
Kim bilməsə ismətini,
Namus-arın faydası yox.
Ayağını yollar yorsa,
Axtardığın gözəl yarsa,
Mayasında haram varsa,
Düz ilqarın faydası yox.
Yaxşı övlad baş tacıdır,
Yaman övlad can acıdır.
Əflatun Haqq möhtacıdır,
Qeyri karın faydası yox.
20.09.2018.
5.0
100% (4)