2
Yorum
5
Beğeni
5,0
Puan
966
Okunma
Bir sabah oyanıb görəcəksən ki,
Boş qalıb yanının mən yatan yeri.
Gün üzü gündüzün elə qaralıb,
Buludlar bürüyüb gün batan yeri.
Yəqin ki,ağlarsan qırxıma kimi,
Bəlkə də ağlarsan bir ömür boyu.
Gecələr gələrəm yuxularına,
Yuxun bir kiprik,bir çimir boyu.
Ayağın kəsilər gəzintilərdən,
Getməzsən düyünə,toya getməzsən.
Əlacın kəsilər, adam üzünə
Gedərsən,saçında boya getməzsən.
Divardan asarsan böyük şəklimi,
Üzümə toz qonar,hərdən silərsən.
Sildikcə tökülər yanaqlarımdan,
Ağlaya-ağlaya yerdən silərsən.
Məndən danışarsan torunlarına,
Bəzən,ara-sıra yada salarsan.
Birinə adımı qoyarsan mənim,
Eləcə adımla layla çalarsan...
Vəsi yüngüllükdür.
Ay qız,ağlama,
Bəlkə yüz yaşadıq səninlə qoşa.
Hələ toy eləyib gəlin gətirib
Şəklini çəkəcəm gəlinlə qoşa.
Hələ bezəcəksən mən ixtiyardan,
Hələ çox zəhləni tökəcəm sənin.
Söküb bu evciyi damına kimi,
Təzədən könlüncə tikəcəm sənin.
Amma,yenə də...
Bir sabah oyanıb görməsən məni,
Sıxarsan üzünə boş yastığımı.
Qucardın bir zaman geç qayıdanda,
İndi də qucarsan daş yastığımı.
5.0
100% (4)