1
Yorum
4
Beğeni
5,0
Puan
725
Okunma
Yön çevir Allaha sidqi-dil ilə,
Ondan da bəxtinə nə düşər-düşər.
Payını verəcək Yaradan özü,
Darıxma vaxtına , nə düşər-düşər.
Bir təmiz sevgini halaldan istə,
Halalın yaxşısa, saxla göz üstə.
Eşqi-məhəbbəti qəlbində bəstə,
Gözəllik taxtına nə düşər-düşər.
Əflatun, yolunu dolan-gəz mətin,
Nə qədər olsa da yaşamaq çətin.
Haqdan ki gələcək ruzi-qismətin,
Baxma az-çoxuna, nə düşər-düşər.
5.0
100% (3)