0
Yorum
3
Beğeni
5,0
Puan
694
Okunma
Kainat içində, elmi-nücumda
Saydım ədədini, sürəyya mindi.
Geniş kəhkəşanda, aləm içində
Gör necə dövr edir sürəyyam indi.
Mən belə doğuldum, belə yarandım,
Elə sevgi andım, elə yar andım.
Həmişə "yar" dedim, elə yar andım,
Mənə yoldaş olub Sürəyyam indi.
Əflatun, yolların oda dayandı,
Ah çəkdim, ahımdan oda da yandı.
Aldı ürəyimi o da, dayandı,
Belə bir dövranda sür əyyam indi.
05.01.2018.
5.0
100% (2)