3
Yorum
7
Beğeni
5,0
Puan
879
Okunma
Neçə dərdə dərman olub
Səxavəti o dağların.
Hər xəstəyə şəfa verir
Səxavəti o dağların.
Göy yaylaqlar " gəl-gəl " deyir,
" Məndə bir az dincəl " deyir.
" Var qurudlu xəngəl " deyir,
Səxavəti o dağların.
Kef üstünə kef də qatır,
Dərdi-qəmi başdan atır.
Gözəllərə naz da satır
Səxavəti o dağların.
Bir cənnətdi hər dağ-dərə,
Göz oxşayır bəndi-bərə.
İlham verir şairlərə
Səxavəti o dağların.
Əflatunun şan-şöhrəti,
Həm vüqarı, həm qüdrəti.
Tükənməzdi var-dövləti,
Səxavəti o dağların.
26.07.2017.
5.0
100% (4)