0
Yorum
4
Beğeni
5,0
Puan
906
Okunma
Xatırla uzaq,yaxın,
Mənə sevgini anlat.
Eyləmə inad,saqın,
Mənə sevgini anlat.
Qapı-bacasız olmur,
Qarı-qocasız olmur,
Bu iş hocasız olmur,
Mənə sevgini anlat.
Sübh üzü dan üzümə,
Uyu,oyan üzümə,
Eylə bəyan üzümə,
Mənə sevgini anlat.
Gözünü zillə,olsun,
Dodaqla,dillə olsun,
Bir dəmət güllə olsun,
Mənə sevgini anlat.
Belə bir şərqi var ki,
"Yaşın nə fərqi var ki",
Anlatsan nə olar ki,
Mənə sevgini anlat.
5.0
100% (2)