0
Yorum
1
Beğeni
0,0
Puan
952
Okunma
<>
Ah,yazıq ayaqlarım,
yordum sizi,
zülm etdim canınıza,
qırx üç geyərdiniz,
mən qırx ikiyə
soxdum barmaqlarınızi,
nə var,nə var
qırx üç geyənlər
tez ölürmüşlər...
İranı viran olsun
qaloş buraxan yerdə,
biradamlıq kamera
kimi sixır yanlardan
böyürlərinizi...
Heç mindirməzdim
sizi avtobuslara,
çünki bəxtinizə
həp dik dayanmar
düşərdi,
və küstah birisinin
dabanlarına dayaq
durmaq...
kimsə qalxıb
yer vermədi sizə,
qarayanız kəkilli
oğlandan başqa,
o da bircə
dəfə oldu...
Nə yaxşı ki,daşıdığınız
başın bəyazı
qarasından çoxuymuş...
Əff edın,
boyunuza yetlik
yorğanım olmadı,
boyumu böyüdən illər
yorğanımı böyütmədi,
yazıq anam ölənəcən
deyə deyə qaldı...
Yovşan qoxuyan
çığırlarla hələ
qoşmağımız var,
sizinlə,
köbərin soyuq
sularına sallanıb
yazın sıcağına inad
pambıq cülkülərin
nəmliyinə sarılmaq...
və geriyə dönən
yolların acılarını
xatırlamaq,
axşamın şərində
özləmlərini darvaza
qapısına qədər
götürmüş
"şükür döndün"-deyəcək
birisi varıysa...
və sənin qadınınsa...
sizinlə yolları
yürüməyə dəyərmiş!
Haqqınızı həlal edin!
*