Alçak ruhlu olanlar para arar, yüksek ruhlu olanlar ise saadet arar. ostrovski
Anar Əhəd
Anar Əhəd

Qəbir

Yorum

Qəbir

( 2 kişi )

1

Yorum

3

Beğeni

5,0

Puan

1142

Okunma

Qəbir

Elə qorxunc, elə kabus, elə vəhşətdi qəbir,
Öləcəksən görəcəksən necə dəhşətdi qəbir.
- Məni qorxutma amandır bədənim tir – tir əsir.
- Hə balam hə, nə edək? hər kəsə qismətdi qəbir.
- Yenə qoydun gopu qaznan dəmə ay molla əmi?
- Yox balam yox, sənə qurban, qara zülmətdi qəbir.
Sıxacaq cismini var güc ilə qüvvətdi qəbir,
Verəcək ağrını möhkəm cana zillətdi qəbir.
- Neçə atmasfer olar? Lap marağım artdı mənim.
- Boy balam boy, məzə çırtlatma həqiqətdi qəbir.
- Axı ruh yox, cana bir ağrı nə cür təsir edər?
- Ay balam ay, bu müəmmalıdı, hikmətdi qəbir.
İki aləm arası, varlığı qürbətdi qəbir,
İztirab çəkməyə hicran evi, firqətdi qəbir.
- Toz olub torpağa cismin qarışır, yoxdu əzab.
- Vay balam vay, nə dedin? tövbə qiyamətdi qəbir.
- O qiyamət dediyin məhşərə Allah sözüdür.
- Ah balam ah, xəbərün yoxdu ki ayətdi qəbir.
“Biz əzabdan ikisin daddırarıq” ayədi bu.
Biri məhşərdə olandır, biri ibrətdi qəbir.
- Yenə kəsdin oxudun ayəni, artıq nə deyim?
- De balam de, bizə bir mövzudu ülfətdi qəbir.
- Sonu var ayəmizin, haqq yola dönməklə bitir.
- Of balam of, məni alsın o fəlakətdi qəbir.
Kafirin halına vay oldu, zəlalətdi qəbir.
Xoş o möminlərə ki onlara cənnətdi qəbir.
- Pis adamdırsa ölən, məhşərəcən ruh sıxılır,
Qəti uydurma nağıl cismə xəsarətdi qəbir.
Və ölən yaxşı adamdırsa əgər ruh sevinir,
Demə, cənnətdi qəbir, möminə ləzzətdi qəbir.

Ay hərarətdi qəbir,
Vay xəcalətdi qəbir,
Yox rəzalətdi qəbir.
Kimə qismətdi qəbir,
Ona rahətdi qəbir.

Müəllif: Anar Əhəd
-------------------------
Səcdə surəsi ayə 21

Paylaş:
3 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (2)

5.0

100% (2)

Qəbir Şiirine Yorum Yap
Okuduğunuz Qəbir şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Qəbir şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Afet İnce Kırat
Afet İnce Kırat, @afet-ince-kirat
6.3.2017 23:50:52
5 puan verdi
keşke sesli ekleseydiniz, okurken o kadar çok haz duydum ki, konu ölüm ve kabir olsa da. Nasılsa hepimizin yolu oraya varacak. Kökümüz kafkaslara dayandığı için midir bilmem ama severim bu dili, lehçeyi. Takdirlerimle birlikte saygılar sunarım.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL