0
Yorum
1
Beğeni
0,0
Puan
793
Okunma
Açan yoxdur ürək mənə,
Sən olmasan heç olmayır.
Bir tək sənsən gərək mənə,
Sən olmasan heç olmayır.
Boynuma sən yük düşəli,
Başım üstə dik düşəli,
Gözümə kirpik düşəli,
Sən olmasan heç olmayır.
Sökəsi sən,tikəsi mən,
Yıxılası,çökəsi mən,
Nə xoş dərdsən çəkəsi mən,
Sən olmasan heç olmayır.
Dilim, demə ayrılıq bu,
Zülm demə,ayrılıq bu,
Gülüm, demə ayqılıq bu,
Sən olmasan heç olmayır.
Nə qaldı ki,kəm ömürdən,
Onu alsın qəm ömürdən,
Getmə məndən,həm ömürdən,
Sən olmasan heç olmayır.
Sən zamanım,anım ol gəl,
Sabah üzüm,danım ol gəl,
Gəl,evimə hanım ol gəl,
Sən olmasan heç olmayır.
*...