Para, gübre gibi etrafa yayılmazsa işe yaramaz. baco
Nizami Memmedzade
Nizami Memmedzade

Babamın söylədikləri

Yorum

Babamın söylədikləri

0

Yorum

0

Beğeni

0,0

Puan

1028

Okunma

Babamın söylədikləri

Babamın söylədikləri

Öyüd-nəsihət və yaxud babamın söylədikləri


Tiflisdə bir İsidor kişi vardı. Atamın yaxın dostu idi. Bir axşam bizə gəldi. Atam onun gəlişinə tut ağacına bağlanmış iri buynuzlu qoçu kəsdi. Yeyib-içəndən sonra qonaq otağında İsidor kişiyə yer saldıq. Qonaq səhər qalxanda atam soruşdu ki, batono İsidor, necə yatdınız? O, atama müraciətlə:
Borçalı dağlarının ab-havası bu gecə məni nağıllar aləminə aparmışdı. Pəncərədən ulduzlara, bir də Ləlvər dağının zirvəsinə baxa-baxa yuxuya getdim. Necə yatdım, heç özüm də bilmədim. Tək onu bilirəm ki, ömrümdə belə şirin yuxulu gecə mənə qismət olmayıb.
Sonra dilucu: -sizin bu balınc nədən düzəldilib? - deyə soruşdu.
Atam gülə-gülə iki böyük balınc gətizdirib qonağın maşınının arxasına qoydu...
... O zaman dost evində şirincə-şirincə yuxular görmək olardı.
Tale mürəkkəbdir
başdan, binadan,
Yoxuşlar çətindir.
dolaylar çətin,
Bu ömür dünyası sirli
kainat,
Baş aça bilməzsən,
düşünsən qəti,
Yoxuşlar çətindir,
dolaylar çətin.
Babam həmişə keçmişin - müharibənin acılı, qanlı-qadalı günlərinə lənət oxuyardı. Çörək ətrinə də həsrət qalmışdıq, bala - deyərdi. Bir də giley-güzar edərdi ki, indinin cavanları sözümüzə baxmırlar, ağsaqqal sayan da yoxdur.
Eldə, obada cavan da azalıb, ay baba,- dedim,- gedirlər uzaq-uzaq şəhərlərə, oxuyurlar, işləyirlər... sənət qazanıb elimizə, obamıza qayıtmaq istəmirlər.
Çəkib gətirmək lazımdır onları,- dedi,- qoy o şəhərlərdə gördükləri işləri burda - ocağımızın başında görsünlər. O qədər yarımçıq qalmış işlərimiz var ki... Yalçın qayalardan süzülüb gələn bulaqlarımızın suyu da quruyub daha. Ortaya çıxıb qolunu çırmayan bir kişi yoxdurmu? İndi adamlar nə üçünsə savab işlər görməkdən çəkinirlər. Kişilər var idi, körpü salmışdılar, yol çəkmişdilər, acizlərin qolundan tutmuşdular, kəndin başbiləni idilər, ad-san qoyub getdilər o kişilər. Bir ucu gəlimli, bir ucu gedimli dünya onları da çox gördü bizə. Eh, nə deyim, a bala, qeyrət lazımdı bizə, kişi qeyrəti...
Gərək işıqlı fikirlərin ola, a bala, - babam hər söhbətinin axırında xatırladardı. Bizi belə böyüdüblər babalarımız. Ürəkli, qəlbiaçıq, təmkinli... Azərbaycanlılar heç vaxt kəsdikləri duz-çörəyə arxa çevirməyiblər. Onlar dolanmağı da bacarıblar, dost-yoldaşa kömək əli uzatmağı da. Dədə-babalarımız ağır olublar, onları hər söz-söhbətnən tərpətmək olmazmış. Təmkinli, vüqarlı görünüşləri ilə məclislərin yaraşığı olublar. Onların çoxu savadsız idi, qələm-kağız nə olduğunu bilmirdi. Lakin əsrlərlə birgə yaşamış gürcü və azərbaycanlıların qədim və ulu dostluğunu həmişə çörək təki əziz tuturdular. Onlar bilirdilər ki, hər iki millətin adət-ənənələri illərin süzgəcindən süzülüb gələ-gələ büllurlaşıb. Dədə-babalarımızın inamı böyük olub. Bu gün bir torpaqda yaşayan, yeni nəsil tərbiyə edib böyüdən iki qonaqsevər millətin saf və büllur adət-ənənələrinə xələl gətirmək olmaz. Tarix göstərir ki, yadelli işğalçılar Gürcüstan torpağına hücum edəndə bu torpaqda yaşayan azərbaycanlılar sipərə dönmüşdülər. Bu torpağın hər qarışı uğrunda gürcü və azərbaycanlılar birgə vuruşurdular. Bir vaxt Borçalı igidlərinin adı-sanı təkcə Azərbaycan, Gürcüstan deyil, eləcə də Türkiyə, İran və digər ölkələrdə məşhur idi. Qarı düşmən ellərimizə basqın edəndə, talan salanda Borçalı cəngavərləri at belinə qalxardılar.
Bizim elin, obanın duz-çörəkli olması və dosta dost gözü ilə baxması - bax o vaxtlardan qanımıza, canımıza hopub. Belə ulu adət-ənənələrimiz bizi xeyirxah işlər görməyə səsləyir, bir də ki, dədə-babalarımızın ulu dostluğunu qorumağa!
Eh, a bala, deyəsən, çinarlar da elə bil əyilib. Bilmirəm, quraqlıqdanmı, yoxsa nəyəsə həsrətdənmi yarpaqları vaxtından əvvəl saralıb. Bu çinarlara o qədər həsrət qalmışam ki... Səfərlərim çox olardı. Gediş-gəlişim iki-üç ay çəkərdi. Amma hər kedəndə həsrətlə əkdiyimiz çinarlara baxıb içimdən qovrulardım. Düşünərdim ki, görəsən, tale məni bir də bu ağacların sərin kölgəsinə qaytaracaqmı? Ümidim, arzularım qoşmalara, bayatılara çevrilərdi. Tavar sazımı dilləndirərdim, yandıra-yandıra çalardım, kövrələrdim, sonra saza söykənib ağlardım, ağlardım.
Əzizinəm, saraldı,
Könül bağçam saraldı,
Mən deyiləm dərbədər,
Ata yurdum - Saraldı.
Bu bayatı hər yerdə dodağımın əzbəriydi. Nəğməm də oydu, sözüm də, söhbətim də. O zaman çalışırdıq ki, elimiz, obamız bağ-bağatlı, sahmanlı olsun. Hərə bir ağac əkərdi ki, qoy elin varı-dövləti tükənməsin...
İndi çaylarımızda suyun azalması, bulaqlarımızın quruması məni heç açmır. Təbiətin qorunmasından ha yazır-pozur, neçə-neçə qərar çıxarırlarsa da, bir şey çıxmır. Gərək torpağa məhəbbət canında, qanında ola, a bala. Bir ağac ək, bulaq çəkdir ki, qoy dədə-babalarımıza rəhmət oxusunlar. Bizdə belə bir məsəl də var; deyiblər: acdınsa, torpağa yıxıl, o səni ayağa qaldıracaq...
Kəndimiz yol ağzında, həm də dağlar döşündə məskən salıb. Hər il bağdan-bağçadan bol məhsul götürərdik. Qonaq-qaraya da ruzumuz çatardı, şey-şüy almağa da. Şülöyürdən (Şulaverdən) xurcunlarla qab-qacaq, əzgil, cır armud gətirərdilər ermənilər, tərəvəz bostan məhsulları ilə dəyişərdik. Şülöyür erməniləri azərbaycanca yaxşı danışardılar. Qarşı dağların arxasındakı Zirək (Serakvi) kəndində yaşayan gürcülər də elə. Adət-ənənələrimiz bir-birimizə xoş gələrdi. O illərdə xalq şairimiz Səməd Vurğun yazmışdı:
Qarışsın Qazağa
Dilcan dərəsi,
Daha da birləşib
olsunlar bir can,
Yoldaş Azərbaycan,
hinger Həyastan,
Bir də amxanaqo qızıl
Gürcüstan.
Bu yaxınlardaca qəzetdə bir şer oxudum:
Kişilər salmışdı,
pozdu gədələr
Qazaxdan Dilcana gedən
yolları...
Babaların yollarını uçuranlara, babaların qurduqları körpüləri sökənlərə ar olsun.
Yarı ac, yarı tox yaşayardıq, amma yenə də heç nəyə ehtiyac duymurduq. Dostluğumuz, birliyimiz mehribanlıq bayrağı altında möhkəmlənirdi. Hər səhər yuxudan duranda uşaqlarımızın əlindən tutub bir bayrama tələsirdik. Balaca uşaqlar sevinə-gülə belə bayramlardan xüsusi zövq alır, yaddaşlarına bu gözəl, mənalı günlərin əks-sədası hopardı. Bayramlar çox idi. Tamaşaçıları da çox idi, lap çox. Qonaqlar da gələrdilər uzaq-uzaq ellərdən, gəlişləri ilə bizə sevinc, fərəh gətirərdilər. Gürcü də, azərbaycanlı da, abxaz da, osetin də, erməni də, yunan da bayramlarda həvəslə iştirak edərdilər. N. Nərimanova həsr edilmiş «Vətən oğlu» günü, M. Cavaxişviliyə həsr olunmuş «Mamulişviloba» bayramları, hər ilin 11 avqustunda ulu Sınıq görpüdə - Dostluq körpüsündə olan görüşlər ... Bir də ki, şirincə-şirincə xatirələr. (Axı, indi belə görüşlər keçirə bilmirik). Bilmirəm , nə üçünsə aramızda olan məhəbbətə, hörmətə, sədaqət və ləyaqətə soyuq baxırıq. Nədənsə bu günlər aylar, illərlə duz-çörək kəsdiyimiz dostlar bir-birimizdən aralı gəzirik. Axı, biz belə olmağa öyrəşməmişik. İllərin, qərinlərin sınağından çıxmış babalarımızın dostluğuna olan hörmətimiz budurmu? - Yox, belə getməz, a bala. Biz dostluğa güvənmişik, dostluğun gücüylə hünər göstərərək müharibənin odlu-alovlu illərindən keçib bu zamana qədəm qoymuşuq. Gəlin bu çətin günlərdə də möhkəm olaq. Bu birliyi yalnız dostluğun açarı ilə əldə etmək olar!
Babamın dediklərini, öyüd-nəsihətlərini qələmə aldıqca yadıma M. Cavaxişvilinin əsərləri düşür. Bir çoxunun əsas qəhramanları da azərbaycanlılardır. -Bu, məhz ulu dostluğumuzun yaratdığı əks-səda deyildimi? V. Mcedlişvili «Qaçaq Kərəm» adlı pyes yazmışdır. - Bu, Azərbaycan xalqına məhəbbətdən irəli gəlmirdimi?
Çətin günün ömrü az olar, - deyib bir də babam. Gəlin inanaq ki, qol-boyun olub toylara, şanlara, getməyimizi heç kəs əlimizdən ala bilməz.

Nizami Məmmədzadə, jurnalist


Paylaş:
(c) Bu yazının her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Yazının izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Yazıyı Değerlendirin
 
Babamın söylədikləri Yazısına Yorum Yap
Okuduğunuz Babamın söylədikləri yazı ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Babamın söylədikləri yazısına yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL