Amaç, sevgi uğruna ölmek değil, uğrunda ölünecek sevgi bulmaktır. SHAKESPEARE [Paylaş]
E-mail: Şifre: Facebook ile bağlan Üye ol | Şifremi Unuttum
Türkiye Şiir Platformu
ANASAYFA ŞİİRLER Edebiyat Defteri YAZILAR Edebiyat Defteri FORUM Edebiyat Defteri ETKİNLİKLER Edebiyat Defteri NEDİR? Edebiyat Defteri Kitap KİTAP  Edebiyat Defteri Tv TİVİ Edebiyat Defteri Sesli Şiirler MÜZİK Edebiyat Defteri BLOG Edebiyat Defteri Atölyeler ATÖLYE  Edebiyat Defteri BİCÜMLE Edebiyat Defteri ARAMA Edebiyat Defteri İLETİŞİM

Dünyaya İnsan Gelmişim


DÜNYAYA İNSAN GƏLMİŞƏM

Mən nə kölə, nə dəki qul, dünyaya insan gəlmişəm,
Hökm etməyə iddiam yox, ismidə pünhan gəlmişəm.

Pozulubdur bu dünyanın haqqı çəkən tərəzisi,
Əhrimənə qarşı duran canımda tufan gəlmişəm.

Mən Hürmüzdün övladıyam, ədalətdir səsim mənim,
Dünyadakı gözəlliyi eşq ilə duyan gəlmişəm.

Nə Buddayam, nə kafirəm, nə Musayam, nə İsayam,
Dinimdəndə dönəmmirəm, çün ki, müsəlman gəlmişəm.

Vicdanımdır dinim mənim, Allahım öz içimdədir,
İçimdəki haqq ilə mən zamana üsyan gəlmişəm.

İnsan özü həqiqətdir, bu dünyadan uca durur,
İdrakımda cahan kiçik, dünyaya meydan gəlmişəm.

Coculuyam, bu dünyanı sanmamışam beşcə gündür,
Zaman, məkan fəlsəfəsin bilib oxuyan gəlmişəm.

DÜNƏN VƏ BU GÜN

“Dünənin alqışları,
Dəyişib ünvanını”.
Ay ustadım tutublar,
Siyasətin canını.

Dünən şərə əl çalan,
Bu gün xeyrə ucalır.
Dünən şərə alçalan,
Bu günə də əl çalır.

Onlar üçün fərqi yox,
Xeyir nədir, şər nədir.
Əqidə kasıbları,
Nə bilir bəşər nədir.

Dünənin “kommunisti”,
“Sağ”adını alıbdır,
Dünənin Allahsızı,
Bu gün “hacı”olubdur.

Nə olsun ki, fırlanır,
Bu dünyanın kütləsi.
Dolub insan canına,
Şeytanların fitnəsi.

Çün ki, fələk fırladır,
Öz çərxini tərsinə.
Bilinməyir dünyanın,
Düzəni nə, tərsi nə.
Dünən də fırlanırdı,
Bu gün də hey fırlanır.
Dün ki, xeyrin önünə,
Bu gün şər dığırlanır.

Mən də öz əqidəmi,
Dəyişmədim heç nəyə,
Əqidəsizlər məni,
Cəhd etdilər əyməyə.

Əyilməyir vicdanı,
Canlı olan heykəlin.
İnsanları azaddır,
Ədalətli ölkənin.


Seyraqif Coculu (Seyraqif Coculu)
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.




bilir gün hey insan meydan olsun öz özü tûfan
 Yorumlar
Okuduğunuz yorum şiirin sahibi tarafından etkili yorum olarak seçilmiştir.
 yok,sul
 
07 Haziran 2011 Salı 18:42:42
çok çok güzel dost saygılarımla


Dünyaya İnsan Gelmişim şiirine yorum yazabilmeniz için üye olmalısınız.

Üye değilseniz üye olmak için tıklayın.


Üye ol Şifremi Unuttum