QOYUBŞiirin hikayesini görmek için tıklayın (Şair dostum Adil Cəfakeşin eyni rədifli şerinə cavab)
Allahın işinə bəndə qarışmaz,
Qoyduğu qanunu elə mərd qoyub. Bir kimsə işinə söz deyə bilməz, Kim ona ağ olsa, yolda pərt qoyub. Quzunun nə işi ər meydanında? Şıltaqlıq eyləsin qoyun yanında. Öyrənsin hər yanı, özü donunda Qanına susayan bir ac qurd qoyub. Əflatun, qarışma sən də hər sözə, "Mənəm" deyənlərlə gəlmə üz-üzə. Haqq özü salacaq onları düzə, Müqəddəs sözünü bizə şərt qoyub. 21.06.2017. |